sat

Anam sənə əmanət

məlumat daxil edilməyib

Kun Suuk Şin

  • Səhifə: 216
  • Ölçü: 135x210
  • Çap tarixi: 2016
  • ISBN: 9789952463064
  • Qiyməti: 5.00 AZN

Pak Sonyo – ərinə sadiq, övladlarını sevən, dörd uşaqlı ana. Ömrünü ailəsinə həsr edən insan. Laqeyd və biganə ərini ömür boyu sevən və ondan üz döndərməyən qadın. Paltar yuyan, yemək bişirən, meyvə-tərəvəz yetişdirən, tarla əkən, uşaqları ac qalmasın deyə hər əziyyətə qatlaşan ana.

Onun ən böyük arzusu övladlarını oxutmaqdır. Bundan ötrü gecə-gündüz çalışır. Onları şəfqət və qayğı ilə böyüdür, ağ günə çıxarır. Ancaq övladları və əri onun qədrini qəfil itkin düşəndən, böyük şəhərin metrosunda itəndən sonra bilməyə başlayırlar… Onda da gec olur… Xatirələr, acı etiraflar və iztirablar…

Dramatik ömür yolu… Ürək dağlayan psixoloji məqamlar…
Bu ailə faciəsi böyük əks-səda doğuracaq.
“Publisher Weekly”

Anaya həsr olunmuş kədərli simfoniya…
“The New York Times Book Review”

“Anam Sənə əmanət” təkcə həsrət və axtarışın romanı deyildir. İlk səhifəsini çevirdinizmi, əlinizdən yerə qoymayacaqsınız…
Jamie Ford, amazon.com

məlumat daxil edilməyib

məlumat daxil edilməyib

  1. Şərh  admin    tərəfindən   09.05.2016  tarixində yazılıb.

    Bu kitabı oxuyarkən içimdə bir hayqırış, bir nalə yüksəlirdi, lakin bunlarla bərabər, elə bir qəhər yaranırdı ki, içimdəki bu duyğuları dünyaya gəlməmiş boğur, bununla bərabər də məni məhv edirdi.
    Sən demə, heç anamı tanımırmışam.
    Sən demə, anam haqda heç nə bilmir, onun mənə etdiklərini düzgün qiymətləndirmir, mənim üçün bütün həyatından vaz keçdiyini dərk etmirmişəm.
    Sən demə, onun çəkdiyi əziyyətləri, keçirdiyi duyğuları önəmsəmir, ancaq özümü düşünürmüşəm.
    Elə bilirsiniz, siz məndən fərqlənirsiniz?
    Düşünürsünüz ki, ananızı layiqincə sevir, onun qayğısına qalır, ona olan övladlıq borcunuzu yetərincə ödəyirsiniz?
    Yanılmışıq, əziz kitabsevər dostlarım, çox yanılmışıq!
    Hər bir oxucu deyil, bütün insanlar bu kitabı oxumalıdır! Oxumalıdır ki, öz-özünə deyə bilmədiyi, inkar etdiyi həqiqətləri bu kitab ona desin.
    Yazmaq istəyirəm, içimi boşaltmaq istəyirəm, sizlərlə bölüşmək istəyirəm, amma söz tapa bilmirəm. Mütləq oxuyun, mütləq. Onda, məni başa düşərsiniz.
    Anamız bizə əmanətdir. ona yaxşı baxaq…

    Facebook sehifesinden Nuriko Şamxinets

  2. Şərh  admin    tərəfindən   23.05.2016  tarixində yazılıb.

    Bu kitabı indicə bitirdim, son zamanlar oxuduğum ən təsirli və kədərli romanlardan biri oldu. Koreyalı yazıçı yazıb. Əsər 2011-ci ildə “Man Asian” mükafatı alıb. Dörd övladı olan bir qadından bəhs edir, bu qadın kənddə yaşayır və şəhərə övladlarını görməyə gələndə itir. Övladları onu axtarmağa başlayır və anaları haqda xatirələr yadlarına düşür. Çox ibrətamiz əsərdi, bitirəndə istədim gedim anamı qucaqlayıb öpüm, amma yatırdı. Çox istəyərəm ki, bu romanı oxuyasınız, analığın nə olduğunu anlamaq üçün, onlara layiq olduqları dəyəri və sevgini verməyə çalışmaq üçün. Çünki, buna ancaq çalışmaq olur. Gəncədə bir qoca nənə vardı qonşuluqda, nə vaxt baxırdın tum çırtlayırdı, deyirdi ki, yüz il çalışıb-vuruşsan ananın səni bətnində gəzdirdiyi bir günün əvəzini verə bilməzsən. Qısası, əsəri tapıb oxumağı məsləhət görürəm.

    Xan Abdulla

  3. Şərh  admin    tərəfindən   23.05.2016  tarixində yazılıb.

    Adam bu kitabi oxuyandan sonra etdiklərinə görə o qədər hüzünlü olur ki, az qalır ürəyini çıxarıb atsın yerə.
    Arzu Aliyeva

  4. Şərh  admin    tərəfindən   13.08.2016  tarixində yazılıb.

    ”Anam sənə əmanət”in düşündürdükləri

    Bağışla ən gözəl sevən qadın sənin kimi sevmədik.
    Sevdin hər nə olursa olsun, sevirsən hər şeyə rəğmən və yenə də sevəcəksən aldığın nəfəs bitmədikcə.
    Bağışla fədakar qadın, ömrüm dediyin ömründən aldı.
    Küləklər əsdi, yağışlar, qarlar yağdı, amma sən onda baharı gördün.
    Kim düşünərdi ki, o sənə yalnız bir fəsli-qışı yaşatdı.
    Ac, susuz, tək qaldın, gizlicə ağladın,içinə atdın bütün dərdləri.
    Nə biləydinki bir gün o qəlbin dözə bilməyəcək bunlara.
    Atıb gedə,ümidini itirə bilməzdin, gülüşləriylə nəfəs aldıqların vardı.
    Çox üzdülər səni əzmkar qadın.
    Qınadılar, anlamadılar, ələ saldılar, arxanca çox danışdılar, sənsə susdun qaldın.
    Necə danışa bilərdinki, adını qəlbinə hayqırdığın sənə kardı, duymurdu səni.
    Bağışla gözəl qadın, saçlar bəyaz,əllər qabar, üzün dolmuş qırışlarla.
    Gözəl ömür yaşatmaqçün gözündəki sevinci qurban verdin zamana.
    Sən hər zaman başqaydın.
    Bağışla dəyərli qadın, çoxmu acı çəkdin?
    Çoxmu çəkilib bir kənara gizlicə ağladın?
    Çoxmu canın yandı?
    Dərini qaraldan, yandıran günəş deyilmiş, sevginin qarşılığında gördüyün haqsızlıqlarmış.
    Sən dərd çəkəndə, insanlardan çəkinəndə, işin yanarkən əlindən tuta bilmədim, sənintək güclü olmadım, mən də sənin kimi içimə atdım sadəcə gizlicə ağlaya bildim.
    Bəzən haqqına girdim anlamadım qınadım səni.
    Uğrumda ölməyə hazır qadın səninçün yaşamağı belə bacarmıram.
    Sən mənim aldığım nəfəs, gözümdəki işıq, üzümdəki təbəssüm, ruhumdakı rahatlığım, həyat eşqim, sevgim, ümidim, arzularım,gələcəyimsən.
    Usandığım, yorulub aciz qaldığım an ölmək istəmişdim,bacarmadım ağlıma sən sən gəldin, səninçün yaşayıram, xoşbəxtliyim sənsən.
    Eşidən qulağım, görən gözüm, yeriyən ayağım, döyünən ürəyim sən mənim ömrümsən məni yaşadan qadın.
    Bağışla mənim nur üzlü anam,bağışla ki,sənin üzündə qırışlar əmələ gələcək qədər gecikdim, səni anlamaqçün çox gec böyüdüm.
    Bağışla məni Allahım o əmanətin olan bizlərə sahib çıxmışkən, biz sənin ən gözəl hədiyyən olan o qadının dəyərini gec anladıq.

    Şəlalə Əlixanova
    Qafqaz universiteti
    ll kurs

  5. Şərh  Sevda    tərəfindən   24.01.2018  tarixində yazılıb.

    Ən hissiz, ən soyuq insanı belə göz yaşlarına boğan bir əsərdir. Oxuduqca peşmaçılıqlarımı, anam üçün heç nə etmədiyimi, onu sevdiyimi belə üzünə demədiyimi üzümə vurdu bu əsər. insana həqiqi mənada dərs verən bir romandır. İnsanın dərində olan bütün duyğularını canlandırır və anaya, ailəyə sahib olduğun müddətcə dəyər verilməsinin vacibliyini göstərir. Bir sözlə, Çox gözəl, mənəvi dəyəri yüksək olan bir əsərdir.

Şərh yazın


Həzrət Məhəmməd buyurur: “Elə bir peyğəmbər yoxdur ki, çobanlıq etməsin” Səhabələrindən biri soruşur:
“Bəs, siz necə, çobanlıq etmisiniz”.
“Hə, – deyir, – uşaqlıqda qoyun otarmışam” .
Nə vaxt, nə qədər və kimin üçün çobanlıq etdiyini dəqiq bil­mirik. Həzrət Məhəmməd dönüb ötən günlərinə baxanda öm­rünün bu çağlarını ilahi bir lütf kimi qiymətləndirirdi. Onun fikrincə, çobanlıq etmək peyğəmbərlik vəzifəsinin ve­rilməsi üçün vacib şərtlərdəndir. Təbii ki, O, bu işlə taleyinə peyğəmbərlik yazıldığını biləndən xeyli əvvəl məşğul olmuşdu.
“İslam Peyğəmbəri Həzrət Məhəmmədin timsalında lider”
Con Adeyr

Kateqoriyalar


Copy Right © 2013
Bütün hüquqları qorunur.