cildi birinci

Bədheybətin səsi

Şivon Doudun ideyası əsasında

Patrik Ness

  • Səhifə: 160
  • Ölçü: 135x195
  • Çap tarixi: 2017
  • ISBN: 9789952463064
  • Qiyməti: 5 AZN

Romanda hadisələr müasir İngiltərədə cərəyan edir. On üç yaşlı Konor amansız xərçəng xəstəliyinə tutulan anasının gündən-günə əriyib getməsi ilə barışa bilmir. Anasının çox yaşamayacağını hiss etsə də, bu həqiqəti, bildiyi gerçəyi qəbul etmək istəmir. Ancaq bu barışmazlıq onun həyatını kabusa döndərir.
Belə gərgin vaxtda bir bədheybət gecələr onun yanına gəlməyə başlayır və müxtəlif hekayələr danışır… Bu hekayələr Konora nə öyrədir, ona necə yol göstərir? Müəllif bunu oxucuların ixtiyarına buraxır. Romanın ideya müəllifi olan Şivon Doud özü də bu sağalmaz xəstəliklə mübarizə aparmış, lakin başladığı bu əsəri bitirə bilmədən dünyaya vida etmişdir.
Daha sonra “Xaos yerişi” (Chaos Walking) trilogiyasının müəllifi, tanınmış ingiltərəli yazar Patrik Ness həmin əsəri tamamlamış və “Bədheybətin səsi” (A Monster Calls) adı ilə 2011-ci ildə nəşr etdirmişdir. Roman 2012-ci ildə İngiltərənin prestijli “Karnegia Medal” mükafatına layiq görülmüşdür.
2016-cı ildə ispan rejissoru Xuan Antonio Bayona bu roman əsasında eyniadlı ekran əsəri çəkərək onu ikinci dəfə dünyaya tanıtmışdır.

“Çox maraqlı… təsirli… son dərəcədə heyrətamiz.”
Tanınmış İngiltərə yazarı Filip Pulman (Philip Pullman)

“Bu, hər kəlməsində dərin mənalar gizlənən çox kədərli, həm də olduqca müdrik bir əsərdir. “Bədheybətin səsi” dahi yazar Patrik Nessin sənət əsəri və oxuculara nəfis hədiyyəsidir.”
“The New York Times”

“Heyrətamiz, həyəcanlı, gözəl bir nağıl… Ağrı, iztirab, sınaq, ruhun gücü və həqiqətin gözlərinə baxmaq haqqında şedevr.”
“Publisher Weekly”

məlumat daxil edilməyib

məlumat daxil edilməyib

Bu məqalə haqqında şərh yazılmayıb.

Şərh yazın


Lider rəhbərlik etdiyi insanlardan tələb etdiyi, onlarda görmək istədiyi və rəğbətlə qarşıladığı keyfiyyətləri öz şəxsində cəmləməli və onlara örnək olmalıdır. Məsələn, Şekspirin sözü ilə desək, bir sərkərdə “əsgərin mə­ziyyəti” sayılan cəsarəti və qorx­mazlığı yaşayaraq göstərməlidir.
“İslam Peyğəmbəri Həzrət Məhəmməd timsalında lider”
Con Adeyr

Kateqoriyalar


Copy Right © 2013
Bütün hüquqları qorunur.