Çap et Çap et
Mətnin ölçüsünü dəyiş: 
A- A A+

“İslam Peyğəmbəri Həzrət Məhəmmədin timsalında lider” kitabının müəllifi haqqında

Tarix: 24.12.2014 | Bu məqalə 1. 809 dəfə oxunub.

Con Adeyr (John Adair) liderlik və liderlik qabiliyyətinin inkişafı sahəsində dünyanın ən nüfuzlu alimlərindən biridir. Dünya miqyasında milyondan artıq idarəçi onun rəhbərliyi altında həyata keçirilən və praktiki yönə üstünlük verən liderlik (Action-Centred Leadership) proqramlarında iştirak etmişdir.

Adeyrin kariyerası rəngarəng keçmişə malikdir. Misir­də Şotland qarovulunda taqım komandiri kimi hərbi xidmətdə olmuş, daha sonra isə Ərəb Legionunda alay yavəri qismində ölkəsini təmsil etmişdir. Xidmətini başa vurduq­dan sonra İslandiya civarında bir balıqçı gəmisində matros işləmişdir.

Bir tərəfdən elmi fəaliyyətini davam etdirən Adeyr Sendharst Royal Kraliyyət Hərbi Akademiyasında tari­xi və lider­lik sahəsinin tədrisi üzrə məsləhətçi işləmiş, mü­hazirə oxumuşdur. Sənaye Cəmiyyətinin İdarə Heyətinin üzvü vəzifə­sin­də çalışdıqdan sonra Sarrey (Surrey) Universitetində “Lider­lik elmi” üzrə dünyada ilk professor olmuşdur.

Adeyr 1981-86-cı illərdə İmperial Kimya Sənayesi (ICI) şirkətində Con Harvey Coneslə (Sir John Harvey-Jonest) birlikdə “Liderliyin inkişafı” layihəsini həyata keçirmiş və İngiltərə tarixində ilk dəfə zərərə düşən bir şirkətə bir milyard funt sterlinq gəlir gətirmişdir.

Adeyr müxtəlif dillərə tərcümə edilən 40-a yaxın kitabın müəllifidir. “Not bosses but leaders” (“Boslar deyil, liderlər”), “The inspirational leader” (“İlham verən Lider”), “How to grow leaders” (“Liderləri necə yetişdirməli?”) və “Leadership and motivation” (“Liderlik və motivasiya”) adlı son kitabları “Kogan” nəşriyyatında işıq üzü görmüşdür. Müəllif tədqiqat aparmaqla yanaşı, pedaqoq və məsləhətçi kimi də fəaliyyət göstərir.

Təhsilini Müqəddəs Pavel məktəbində (St Pauls School) tamamladıqdan sonra Kembric (Cambridge) Universitetində davam etdirmişdir. Oksford (Oxford) Universitetində ədəbiyyat üzrə magistratura oxumuş, daha sonra Kings Universitetində fəlsəfə üzrə doktorluq dissertasiyası müdafiə etmişdir. Adeyr eyni zamanda Kraliyyət Tarix Qurumunun üzvüdür. Liderlik sahəsində gördüyü işlərə və apardığı önəmli tədqiqatlara görə Çin Xalq Respublikası tərəfindən fəxri professorluq ünvanına layiq görülmüşdür.

2009-cu ildə Turində yerləşən United Nations System Staff Universitetində Liderlik üzrə araşdırmalar kafedrasının müdiri təyin edilmişdir.

Bu kitab Azərbaycan dili ilə yanaşı, türk, ərəb və İndoneziya dillərinə də tərcümə edilmişdir.

Bu məqalə haqqında şərh yazılmayıb.

Şərh yazın

Düreyd bir-iki addım da atıb: “Orada kəcavənin arxasında asılmış qılıncı götür. Başımla bədənimin birləşdiyi yerə vur. Vaxtilə düşmənlərimin canını belə alardım. Sonra da get anana Düreydi öldürdüyünü xəbər ver. Sənin qəbilənin qadınlarını neçə dəfə ölümdən xilas etmişəm”, – deyə təcrübəsiz döyüşçüyə yol göstərmişdi.
“İslam Peyğəmbəri Həzrət Məhəmməd timsalında lider”
Con Adeyr

Kateqoriyalar


Copy Right © 2013
Bütün hüquqları qorunur.