Çap et Çap et
Mətnin ölçüsünü dəyiş: 
A- A A+

“Yaxşı yazı yazma” kitabının tərcüməsi 1 / Uilyam Zinser

Tarix: 15.01.2016 | Bu məqalə 677 dəfə oxunub.

Birinci fəsil
Prinsiplər
1. Qarşılıqlı əlaqə
Bir dəfə Konnektikut məktəblərin birində “incəsənət günü” təşkil edilmişdi. Tədbirə məni də dəvət eləmişdilər ki, orada “yazıçılıq istedadı” ilə bağlı çıxış edim (bir məruzə oxuyum). Gəlib gördüm ki, tədbirə ikinci bir qonaq – həkim, cərrah, bu yaxınlarda yazıya başlayan və artıq müxtəlif jurnallara bir neçə hekayə satan (adı Brok olsun) Brok da dəvət olunub. Çıxışın mövzusu “Yazıçılıq – bir əyləncə kimi” idi. Biz – Brok və mən qlamur sənətinin – yazıçılığın sirlərini eşitmək üçün alışıb yanan şagird, müəllim və valideynlə dolu zalın qarşısında yan-yana əyləşdik.
Həkim Brokun ədəbiyyatçılara xas açıq-qırmızı pencəyi ona yüngül bohem görkəm verirdi, məhz buna görə də, tamaşaçıların birinci sualı ona ünvanlandı. Yazarlıq nədir?
O bu sula belə cavab verdi: Bu, müqaisəolunmaz həzdir. Xəstəxanada keçən yorucu gündən sonra evə qayıdıb o, dərhal dəftəri götürür və yazaraq bütün yorğunluğunu üstündən atır. Bu çox asandır. Sıra mənə gəldi. Mən dedim ki, yazı yazmaq heç də asan iş deyil və çox vaxt da insana həzz vermir. Bu, ağır və fərdi əməkdir, üstəlik sözlər nadir hallar da su kimi axır.
Arxasınca həkim Broka sual verdilər ki, yazılan bir yazını təkrar işləməyə ehtiyac varmı. Buna heç ehtiyac yoxdur, cavab verdi o. “Olan olub” – bildirdi və əlavə elədi ki, yazıçının fikirlərini ən təbii halda özündə əks elətdirən onun ifadələrin ilkin formasıdır. Mən isə dedim ki, bir mətnin üstündə təkrar işləmək yazarın ən əsas məşğuliyyətidir və bildirdim ki, profesional yazıçılar ifadələrini dönə-dönə düzəldirlər, sonra düzəltdiklərini də düzəldirlər.
“Yazı yazmağa həvəsiniz olmayanda, nə edirsiniz?” – həkim Broka sual verdilər. O dedi ki, çox sadə, yazmıram və işlər qaydasına düşənədək dəftəri bir kənara atıram. Sonra mən dedim ki, profesional yazıçı özünə iş cədvəli hazırlamalıdır və istisnasız hər gün ona ciddi riayət etməlidir. Dedim ki, yazıçılıq incəsənət deyil, peşədir və insan ilham çatışmazlığından öz peşəsindən qaçırsa, o, öz-özünü aldadır. Üstəlik bu cür adam, çörək pulu da qazana bilməz.
“Bəs, əgər siz bikef və ya dilxorsunuzsa, necə? – sual verdi bir nəfər. – Bu, əməyinizə təsir eləməzmi?”
Yəqin ki, edər, cavab verdi həkim Brok. Belə hallarda balığa gedin. Və ya gəzintiyə… Mən isə yəqin ki, eləməz, dedim. Əgəri işiniz hər gün yazı yazmaqdırsa, istənilən başqa işlərdə olduğu kimi, gərək buna vərdiş edəsiniz.
Bir şagird sual verdi ki, ədəbi dairələrdə gedən sirkulyasiyanı faydalı hesab edirikmi? Həkim Brok cavab verdi ki, o, öz yeni imicindən, yəni yaradıcı şəxsiyyət profilindən fərəh duyur və yazıçıların, redaktorların tez-tez toplaşdığı Menhatten restoranlarında naşir və agenti ilə keçirdiyi görüşlərdən danışdı. Mən isə dedim ki, profesional yazıçılar məsləkdaşları ilə nadir hallarda görüşən tənha və işlək adamlardır.
Mənə sual verdilər ki: “Yazılarınızda simvolizmə müraciət edirsinizmi?”
“Çalışıram ki, uzaq durum” – cavabını verdim. Ömrüm boyu heç olmasa bir bədii əsərin belə –istər hekayə, istər kino film olsun – gizli mənasını aça bilməmişəm. Rəqs və pantomimanı isə azacıq da olsun anlamamışam.
“Mən isə simvollara heyranam!” – dedi həkim Brok və əsərlərini necə simvollarla bəzədiyini böyük həvəslə təsvir elədi.
Söhbət eyni ruhda davam edirdi və hamımız üçün yeni-yeni qapılar açılırdı. Yekunda həkim Brok etiraf elədi ki, mənim cavablarım onu olduqca maraqlandırıb, sən demə, onun heç vaxt ağlına gəlməyib ki, yazı yazmaq bu cür çətin ola. Mən isə dedim ki, onun cavabları da məndə maraq oyandırdı və mənim heç vaxt ağlıma gəlməyib ki, yazı yazmaq asan ola. Deyirəm bəlkə, boş vaxtlarımda cərrahiyyə ilə məşğul olum. Niyə? Heç, elə-belə?
İlk baxışda bizə elə gəldi ki, şagirdləri dalana dirədik. Yaxşı olardı ki, ikimizdən biri çıxış eləsin, onda yazıçılığa dair daha dar təsəvvür formalaşardı, çünki bu cür dərin fərdi məşğuliyyətin yeganə doğru bir metodu yoxdur. Çox müxtəlif yazçılar və çox müxtəlif metodlar var və demək istədiyiniz hər şeyi deməyə imkan verən istənilən metod doğrudur, ən azı sizin üçün. Biri gündüz yazır, biri gecə. Biri sakitlik istəyir, başqası radio qoşur. Biri qələmlə yazır, başqası kompüterlə, bir başqası da səsini diktafona yazır. Kimisi bir oturuma qaralama yazır, sonra da birbaşa redatə edir, kimisi də birinci paraqrafla uzun-uzadı əlləşdikdən sonra ikinciyə keçir.
Lakin bütün yazıçılar kövrək olur və hamısı daxili narahatçılıqdan əzab çəkirlər. Onları hərəkətə gətirən özlərinə aid bir parçanı vərəqə köçürmə arzusudur, amma hər ağlına gələni də yazmırlar. Onlar bir əsər ərsəyə gətirmək üçün masa arxasına keçir və kağız səhifələrinə bir şəxsi əks elətdirirlər. Və o, məcazi mənada desək, əlinə qələm alan şəxsdən daha soyuq olur. İşin bütün sirri, bu suyuqluğun arxasındakı real insanı axtarıb tapmaqdır.
Nəticə olaraq yazıçının oxucuya təqdim etdiyi əsas məhsul yazdığı mövzu deyil, özüdür. Bəzən görürəm ki, əvvəllər mənə maraqsız gələn bir yazını böyük maraqla oxuyuram. Məsələn, bir elmi tədqiqat yazısı. İşini ürəkdən sevən müəllifin həyəcanı məni tutur. Öz-özümə sual edirəm, görəsən, bu işə onu cəlb edən nədir? Özü ilə hansı emosional yük gətirib? Bu, onun həyatını necə dəyişdirib? Henri Toronun kitabını oxumaq üçün heç də bir il Uolden nohurunda tətil keçirmə xəyallarını qurmağa ehtiyac yoxdur.
Kamil sənədli nəsrin kökündə də məhz bu fərdi (şəxsi) qarşılıqlı əlaqə dayanır. Buradan iki xüsusiyyətin – insaniyyət və səmimiyyətin əhəmiyyəti ortaya çıxır. Kitabda da biz məhz bu iki əsası axtaracağıq. Kamil, canlı mətn oxucunu tutub buraxmır, səhifələri çevirməyə məcbur edir və bunun səbəbi heç də yazıçıya özünü “şəxsləndirmə”yə kömək edən məharətli fəndlər deyil. Birinci növbədə müəllif gərək öz doğma dilini elə istifadə eləsin ki, fikirləri maksimum dərəcədə güclü və aydın olsun.
Bu prinsipləri öyrətmək mümkündürmü? Yəqin ki, yox. Ancaq əksəriyyətini öyrənmək olar?

Bu məqalə haqqında şərh yazılmayıb.

Şərh yazın

Göründüyü kimi, Həzrət Məhəmməd kimsəyə əmr verməmişdi. Bəni Sadlılara müdrikcəsinə yol göstərib müsəlmanlara müraciət etməyə çağırmışdı. Sonra da əlverişli vaxtın gəlib çatmasını gözləyib hökmünü vermişdi. Yaxşı bilirdi ki, bir bədəvidən ötrü altı baş dəvə yeni bir zövcə yükünü çəkməkdən daha sərfəlidir. Digər tərəfdən, Bəni Sad böyüklərini özü ilə onlar (Bəni Sadla Rəsulullah – red.) arasında vasitəçilik üçün müsəlmanların yanına göndərməsi, başqa sözlə, müsəlmanların mərhəmətini xalqa göstərərək onların izzət-şərəfini artırması olduqca diqqətəşayandır. Həzrət Məhəmməd ərəb köçərilərini yaxşı tanıyırdı, Şekspirin sözü ilə desək, “O, elə bil məhz bundan ötrü yaradılmışdı!”.
“İslam Peyğəmbəri Həzrət Məhəmməd timsalında lider”
Con Adeyr

Kateqoriyalar


Copy Right © 2013
Bütün hüquqları qorunur.