Çap et Çap et
Mətnin ölçüsünü dəyiş: 
A- A A+

Patrik Ness, “Bədheybətin səsi”. Yoxsa gec-tez bədheybət sizin də qapınızı döyə bilər.

Tarix: 22.05.2017 | Bu məqalə 448 dəfə oxunub.
Müəllif: Qəfər Rüstəm, “Yarım hekayə” kitabını müəllifi |

Dünyadakı hadisələri iki üstə gəl iki sadəliyində açıqlamaq olarmı? Və ya tapdığımız doğrular yalandan nə qədər xalidir? Biz hansı həqiqətin ardınca düşüb getməliyik, yalan dolu həqiqətin, yoxsa həqiqət dolu yalanın? Patrik Ness “Bədheybətin səsi” romanında insanın belə mürəkkəb yaradılışına işıq tutur. Əslində aydınlatmır, sadəcə Konorun anasının düşdüyü çuxurdakı kimi qaranlığın nə qədər dərin olduğunu göstərir.

Konor bir insanın qarşılaşa biləcəyi ən acı hadisəylə qarşı qarşıyadır. Amansız xəstəliyə tutulan anası günü-gündən şam kimi əriyib gedir. O, əriyib getdikcə Konorun içində bədheybət boy atır. Konor anasının getməyini istəyir yoxsa yox?

Bədheybət Konora üç hekayə danışır. Dördüncü hekayənin isə onun danışmağını istəyir. Elə hekayə ki, Konor onu dilinə belə gətirmək istəmir. Ancaq o bilmir ki, dilinə gətirmədiyi hər həqiqət bir gün bədhebətə çevrilib əvvəl axır onu əsir alacaq.

Mühakimə etdiyimiz, öz meyarlarımıza görə dəyər biçdiyimiz insanlar heç də göründüyü kimi məsum və ya suçlu olmaya bilərlər. Çünki dünyada insanın əməllərini yüz faiz faydalı və ya zərərli edən bir situasiya yoxdur. Edilən hər yaxşılıq, bağrında bir qədər pislik də daşıyır, əldə edilən halal-hümbət uğur başqa birinin çiyinlərinə basılaraq əldə edilə bilər. Bəs onda dünyada kimdir günhakar, kimdir məsum? Birinci hekayədə məlum olur ki, tamam məsum, tamam suçlu deyilən bir anlayış yoxdur. Dünyada yaxşı ilə pisi ayırmaq qeyri-mümkündür.

Bütün bu xaos bəşər övladını həmişə çaşbaş salıb. Ta ölüm gələnə qədər heç kim hara getdiyini bilmir. Önünə çıxan bu nisbi doğru və yalanların, haqlılıq və haqsızlıqların arasında çırpına çırpına can verir.

Bəs  insan inandığı dəyərlərə nə qədər inanır? İnam sınağa çəkilmədən onun nə qədər dərin olduğunu görmək olmaz. İkinci hekayədə ömrünü həsr etdiyi doğrulardan bir anda vaz keçən rahib cəzaya məhkum edilir. Bədheybət və Konor onun evini darmadağın edirlər. Kobud və acgöz loğmana isə heç bir şey edilmir. Əslində inamını asanlıqla itirənə hər hansı cəza verməyə ehtiyac da yoxdur. Çünki o ömür boyu o həqiqətə inanmayıb, səmimi inanmadığı üçün də hər an əzab çəkib, indi isə laxlayan inamını tamam itirəndən sonra ən böyük cəzasını almış olur.

İnsan həqiqətləri söyləmədikcə ondan qurtula bilməz. Bəzən bu həqiqətlər Konorda olduğu kimi sadəcə bir fikirdir, əməl deyil. Lakin bu fikirlər o qədər insana qorxulu gəlir ki, ağlına belə gətirmək istəmir. Cavab tapılmayan, oturub bircə-bircə tədqiq edilməyən fikirlər bədheybətə çevrilib insanı qorxudur.

Dini mətnlərdəki tövbə konsepti, psixoloqların insanları dinləməsi bu qəbil problemlər üçün insana verilən çıxış yoludur. Lakin tövbə edə bilmək və ya psixoloqa getmək üçün öncə insan daxilində belə “həqiqətlərin” gizləndiyini qəbul etməlidir. Konor anasının getməyini istəyirdimi, belə bir istəyin olmağı nə qədər də ağlasığmazdır. Konorun həqiqətinin nə olduğunu öyrənmək əsəri oxumaq istəyənlər üçün gizli qalsın. Son olaraq demək istərdim ki, insan özündən belə gizlətdiyi həqiqətlər vardır. Bu həqiqətlər bəzən inancına, ömürünü həsr etdiyi amalına tamam zidd ola bilər. Bundan qurtuluş yolu həmin həqiqətləri örtbas etmək yox, dinləyib cavab tapmaqdır. Yoxsa gec-tez bədheybət sizin də qapınızı döyə bilər.

fabula.az

Bu məqalə haqqında şərh yazılmayıb.

Şərh yazın

Düreyd bir-iki addım da atıb: “Orada kəcavənin arxasında asılmış qılıncı götür. Başımla bədənimin birləşdiyi yerə vur. Vaxtilə düşmənlərimin canını belə alardım. Sonra da get anana Düreydi öldürdüyünü xəbər ver. Sənin qəbilənin qadınlarını neçə dəfə ölümdən xilas etmişəm”, – deyə təcrübəsiz döyüşçüyə yol göstərmişdi.
“İslam Peyğəmbəri Həzrət Məhəmməd timsalında lider”
Con Adeyr

Kateqoriyalar


Copy Right © 2013
Bütün hüquqları qorunur.